Lalə Məmmədovadan qeyri-adi addım AÇIQLAMA-FOTO

Rejissor Nail Naiboğlu əməkdar artist Lalə Məmmədova ilə bir araya gəlib. SİA-ya bu haqda rejissorun özü açıqlama verib: "Lalə Məmmədova ilə birgə iş birliyimiz var. Belə ki, əməkdar artistin "Bir sevgi" adlı mahnısını ekranlaşdırmışam. Klipin çəkilişləri artıq yekunlaşıb və montaj işləri gedir. Ekran işinin sujet xətti haqda çox məlumat verə bilməycəm. Yalnız ona deyə bilərəm ki, klipdə ifaçının özü çəkilib və bir qadının taleyini canlandırır. Ekran işində tamaşçılar tamam başqa bir Lalə Məmmədovanı görəcək".

Klipdə sənətçinin üzərində stilist Elnur Həsənov çalışıb.

Qeyd edək i, "Bir sevgi" adlı mahnının sözləri Kəmalə Abıyevaya, musiqisi Aygün Səmədzayədə məxsusdur.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə