Xoşqədəm onu tənqid edən transseksualı məhkəməyə verdi

Aparıcı Xoşqədəm Hidayətqızı “İnstagram”da onu tənqid edən Nura Paşayeva adlı transseksualı məhkəməyə verib. SİA-nın məlumatına görə, o, bu haqda "İnstagram" da yazıb: “Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm”.

Qeyd edək ki, aparıcı ötən gün proqramında onu təhqir edənləri qanun qarşısında cavab verəcəklərini deyib: “Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq. Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm.

Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.

Bütün xəbərlər Facebook səhifəmizdə