Müğənninin aldatdığı qız efirə gəldi VİDEO

Müğənni Mirkamil Kamilov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı şəxsi həyatı haqda açıqlama verib. O, bildirib ki, heç bir qızı aldatmayıb. Onun bu sözlərindən sonra efirə gənc xanım gəlib və hər kəsi şoka salacaq açıqlamalar edib: “Mirkamili çox yaxşı tanıyıram. Efirdə izlədim. O dedi ki, mən həyatımda heç bir qızı aldatmamışam. Bu sözlər mənə çox toxundu. O məşhur müğənni ola bilər, insani kefiyyətləri bəs necə?! Şəkillərimiz var idi, amma biz ayrılandan sonra mən bütün şəkilləri telefondan sildim. Mənimlə sevgili olan vaxtlar mənə nə vədlər, sözlər verirdi. Yəqin onun qız fanatları çox olub, ona görə də mən yadında qalmamışam”.

Daha sonra müğənni gənc xanıma üzünü tutaraq bu sözləri deyib: “Xanım mən sizi tanımıram, salam aleyküm. Birinci dəfədir ki, sizi görürürəm. İncəsənət universitetini bitirmisiniz xanım, yoxsa?! Maşallah olsun istedadlı birisiz. Mən bu xanımı ilk dəfədir ki, burda görürəm. Əsəbi adamam, həqiqi deyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə