Elnarə ərinə görə Toliklə barışdı

Tac üstündə bir-birilərinin ünvanına xoşagəlməz fikirlər səsləndirən prodüser Toliklə (Tarix Əliyev) müğənni Elnarə Xəlilova barışıb. SİA-nın məlumatına görə, Elnarə tolikin idaə etdiyi verilişə qatılaraq, barışıq addımı atmasına həyat yoldaşı Rövşən Cahangirovun səbəb olduğunu deyib: “İstəyirəm ki, bu gün bu mövzuya bir nöqtə qoyulsun. Bu gündən sonra bu mövzu barədə yazmasınlar. Mən sırağagün Tolikə zəng etdim. Dedim ki, biz sənlə düşmən deyilik. Sənlə çörək kəsmişik. Heç bir zaman bir-birimizə pisliyimiz dəyməyib. Dedim, sən birdəfəlik bil ki, mənim sənlə dava etmək fikrim yoxdur. Bir dəmir parçasına görə dava edəsi deyiləm. Dünya malıdır, dünyada qalacaq. O da cavabında mənə dedi ki, dava etmək fikri olsaydı, davanı davam etdirərdi. Bu davada nə xoşuma gəldi? Tolik mənlə danışmamışdan bir gün qabaq həyat yoldaşıma zəng etdi, onlar danışanda mən yan otaqda adımı eşitdim. Toliklə danışandan sonra həyat yoldaşım məni danladı. Dedi ki, sən nahaq belə eləmisən. Mən də dedim ki, nahaq yerə belə eləməmişəm ki? Mən də əsəbiləşdim, Tolikə deməməli sözləri dedim. Özünə də dedim ki, mən bu həyatda Allahdan başqa heç kimdən qorxmuram. Bir də kiminsə haqqına girməkdən qorxuram. Ona görə də, gəl, olanları unudaq”.

Tolik isə qarşı tərəfin bu addımına belə reaksiya göstərib: “Zəng elədim həyat yoldaşına, dedim, çomağı əlinə götür, gör nə edir o. Gərək mən də o sözləri deməyəydim. Çünki Elnarənin buna ehtiyacı yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə