BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb FOTOLAR

Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimetmə mərasimi keçirilib.

SİA-nın Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mükafatların sayına görə “Ebbinq sərhədində üç bilbord, Missuri" liderdir. Ekran işi “Ən yaxşı film”, “Ən yaxşı Britaniya filmi”, “Ən yaxşı orijinal ssenari” nominasiyalarında qalib elan edilib. Aktrisa Frensis MakDormand filmdəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub. “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi isə “Qaranlıq zamanlar” filminin baş rol ifaçısı Heri Oldman seçilib.

İkinci yerdə üç mükafatla "Suyun şəkli" qərarlaşıb. “Ən yaxşı rejissor” nominasiyasında “Suyun şəkli” filminə görə Gilyermo del Toro qalib elan olunub. Ekran işi, həmçinin “Filmə ən yaxşı musiqi” və “Ən yaxşı dekorasiya görə” mükafat qazanıb.

Üçüncü və dördüncü yerlər isə hərəyə iki mükafatı olan “Ülgüc üzərində qaçış 2049” və “Qaranlıq zamanlar” ekran əsərlərinə məxsusdur.

“Xarici dildə ən yaxşı film” nominasiyasında Koreya Respublikasının istehsalı olan "Qulluqçu", “Ən yaxşı animasiya filmi”nə "Kokonun sirri", “Ən yaxşı montaj” işinə görə isə “Sükan arxasında körpə” layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...