Ayselin mahnısı İngiltərədə hazırlanır

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədovadan xəbər var. SİA xəbər verir ki, birinci yarımfinalda çıxış edəcək sənətçinin mahnısı, klipi və səhnə şousu fevralın sonunda təqdim olunacaq.

Bundan başqa, “Eurovision” mahnımızın final versiyası isə İngiltərədə hazırlanır. 8-ci nömrə altında çıxış edən Aysel ritmik yox, həzin mahnı ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...