Şou-biznesin küsülü məşhurları bir arada FOTOLAR

Məşhur simalar tədbirlərin birinə qatılıb. SİA-nın məlumatına görə, tədbirdə münsiflər kürsüsündə Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyeva, xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki, Tünzalə Ağayeva, layihənin rejissoru Ranar Musayev əyləşib.

Mərasimin diqqətçəkən məqamlarından biri küsülü olan Aygün, Zülfiyyə və Tünzalənin bir araya gəlməsi olub. Müğənnilər eyni masa arxasında əyləşiblər.

Qeyd edək ki, illərdir küsülü olan Aygün və Zülfiyyənin bir müddət əvvəl barışma xəbəri yayılmışdı. Amma hər iki ifaçı bunu təsdiqləməmişdi.

Aygünlə Tünzalənin də uzun müddətdir danışmadığı ortaya çıxıb. Onların küsülülüyünə səbəb tədbirlərin birində Tünzalənin qarşı tərəfə salam verməməsi olub.

Tədbirdən olan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə