Məşhurlar bir araya gəldi AÇIQLAMA-VİDEO

Müğənni Sevil və Sevinc bacıları yeni mahnılarını və kliplərini təqdim ediblər. SİA-ya bu haqda mahnının müəllifi Vasif Əzimov danışıb: "Sevil və Sevinc bacıları ilə yenidən iş birliyimiz oldu. "Dərdin nədir" adlı yeni mahnını dinləyicilərin ixtiyarına verdik. Bəstənin sözləri və musiqisi mənə, aranjemanı İlqar İlhama aiddir. Bu mahnıya sənətçi xanımlar klip də çəkdiriblər. Ekran işində baş rolda mən, aktrisalar Asya Atakişiyeva, Nərgiz Əliyeva rol alıb. Klipdə sujet xətti var. Ekran işi xəyanətdən bəhs olunur. Ümid edirik ki, "Dərdin nədir" adlı yeni mahnı və klip tamaşaçılar tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə