Vaqif Kərimovun aparıcı qızı atası haqda inanılmaz sözlər dedi AÇIQLAMA

Aparıcı Vüsalə Kərimova bu vaxtadək gizli saxladığı sirrinin üstünü açıb. SİA-ya danışan aparıcı özü haqda heç kimin bilmədiklərini dilə gətirib: "Kimlər bilir nələr çəkdim? Bilmədən yarğılamaq sizə çox asandır. Qarşınızda hər zaman dik durdum deyə heç qırılmadımmı sandınız? Özümü ifadə edəcək kəlmələrim olmayınca susaram. İçdən, bir sükutla sadəcə susaram. İllərdir susduğum kimi... Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz. Ağzıgöyçəklər, sözüm sizlərədir. Mən 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç mənimlə maraqlandınızmı? İndi əməkdar artist Vaqif Kərimovun xəstələnməyi sizdə hisslər oyadıb? Amma deyim biləsiz o hisslər məndə heç olmadı ki, bu gün də ölsün. Yadımdadı uşaq vaxtı kimsə xətrimə dəyəndə babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım. Elə bilirdim atam gəlsə, heç dərdim olmayacaq. Halbuki babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var və həmin boşluq heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım. Mən ata deyib göz yaşı tökəndə həmin sizin bu gün məni çarmıxa çəkdiyiniz insan cükküldəşdiyi aktrisa yoldaşından dünyaya gələn məndən 9 ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi. Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Oğlumun hazırda 17 yaşı var. Amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi. Sayənizdə artıq biləcək. Oğlum mənə deyəndə ki, "Ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb" sualına cavab verməkdən qaçdım. Çünki deyə bilmədim atam məni atdı, istəmədi. İstənilmədən dünyaya gəldim. Bunu deməyə özümü heç vaxt hazır bilmədim. Övladıma travma verə bilmədim. Amma siz nə etdiniz? Xəbərləriniz reytinq versin deyə başqasının həyatını manşet etdiniz. Məni günahlandırdınız. Artıq nə istəsəniz edin. Halbuki Allah bilir nə çəkdiyimi. Allah yaşadığımı yaşatsın məni günahlandıranlara. O zaman məni anlayarsız. İndi siz cavab verin. Atam gəlib, atasızlığımı atasız günlərimdən qova bilərmi? Sonda xüsusi ilə qeyd edim ki, bu mövzu ilə bağlı heç kim məni rahatsız etməsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə