Azərbaycanlı müğənni boşandı FOTO

“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova ilk dəfə ərindən ayrılma xəbərinə aydınlıq gətirib. SİA-nın məlumatına görə, müğənni verilişlərin birində rəsmi boşandığını açıqlayıb: “Xasiyyətlərimiz düz gəlmədi. Sevib ailə qurmuşdum. Hər iki insan yaxşı olsa da, problemlə üzləşə bilər. Demirəm, indi eşq axtarıram. Bütün fikrim indi karyeradır”.

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2016-cı ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...