"Azərbaycan Gözəli-2018"-in qalibi məlum oldu AÇIQLAMA-FOTOLAR

"Azərbaycan Gözəli-2018"-in qalibi məlum olub. SİA-ya bu haqda təşkilat komitəsindən açıqlama verilib: " "Şou Prodakşn"-nın (Show Production-nun) layihəsi olan "Azərbaycan Gözəli" Milli Gözəllik yarışması hər il "Şou Prodakşn" tərəfindən təşkil olunur və onu deyə bilərik ki, bu yarışmaya maraq olduqca böyükdür. Bu il də yarışmanı yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşduq. Yarışma iştirakçıları 16-35 arası olan Azərbaycan xanımları idi. Hər bir iştirakçı yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edirdi. "Azərbaycan Gözəli-2018" Milli Gözəllik yarışmasının qalibini müəyyən etmək üçün iki seçim turu təşkil olundu. Hər iki seçim turunda yüz əlli nəfər xanım iştirakçı qatılmışdı. Ancaq tanınmış insanlardan ibarət olan münsiflər (Gülnarə Xəlilova, Səlim Abbasov, Pərviz Əzimzadə, Anar Süleymanov, Zaur Əliyev, Firəngiz Orucova, Gülmira Fərzəliyeva, Ayşən Ağayeva, Günel Jaləli, Jamala Gafarova, Aysel Nazim, Nərgiz Əliyeva, İlqar Əliyev, Cahid Həsənov, Ülkər Sultan, Gülşən Quliyeva, Gülnar Məmmədova, Tural Əsgərov, Roza Zərgərli, Abdül Xalid, DJ Çina, Elnur Məhərrəmov) heyətinin qərarı ilə 32 xanım iştirakçı müsabiqənin yarımfinal mərhələsinə adlaya bildi. Münsiflərin qərarı ilə finala 16 xanım iştirakçı vəsiqə qazana bildi. Final gecəsi isə olduqca maraqlı oldu. Tədbirdə iştirak edən sənətçilərin ifaları gecəyə xüsusi rəng qatdı. Eyni zaman da dj Çinanın xüsusi müsiqilərin səsləndirməsi finalçı xanımların və gecənin qonaqlarının zövqünü oxşadı. Final gecəsində qaliblər yalnız münsifələrin qərarları ilə deyil, həm tədbirdə iştirak edən tamaşaçıların verdiyi səslərdən, həmçinin də iştirakçı xanımların özlərinin biri-birlərinə vermiş olduğu səslərə görə müəyyən olundu.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

"Azərbaycan Gözəli-2018" Milli Gözəllik yarışmasının qalibləri aşağıdakılardır:

I yerin qalibi Günel Bağırova
II yer Aysel Talıbova
II yer Fidan Əliyeva
II yer Ayan Qəribli
III yer Nara Nəcəfova
III yer Svetlana Abbasova
III yer Zalina Qasımova
Miss Fashion Ayşən Məmmədzadə
Miss Sharm Zəhra Mirzəyeva
Miss Star Fatimə Ağakişiyeva
Fotomodel Dilarə Yusifzadə

Bütün xəbərlər Facebook səhifəmizdə