Müğənni Damla yeni klip çəkdirib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Yeni yazdırdığım mahnıya klip çəkdirmişəm. Mahnının adını hələki açıqlamayacam. Artıq ekran işinin çəkilişi yekunlaşıb. Klipin rejissoru Delidir. Ekran işini bir neçə gündən sonra tamaşaçıların ixtiyarına verəcəm".

Qeyd edək ki, mahnının sözləri və musiqisi Elçinin, aranjemanı İlkin Həsəninindir.

Bütün xəbərlər Facebook səhifəmizdə