Azərbaycanlı müğənni İbrahim Tatlısesi ağlatdı FOTOLAR+VİDEO

Azərbaycanlı müğənnilər Humay Qədimova və Zenfira İbrahimova Türkiyədə restoranlardan birində sənətçi İbrahim Tatlıseslə görüşüblər. SİA-nın məlumatına görə, Zenfira görüş zamanı imperatorun repertuarından "Sana Gelen Bana Gelsin" mahnısını oxuyub.

İ.Tatlıses Zenfiranın ifasından təsirlənərək, göz yaşlarına boğulub.

Zenfira görüş zamanı lentə alınan video və fotoları "İnstagram" səhifəsində paylşaraq, "Həyəcandan çox oxuya bilmədim, çünki ağlayırdı. Allah səni qorusun, ustadım" şərhini yazıb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə