Səlim Abbasov həmkarlarının "bostanına daş atdı" AÇIQLAMA

Əməkdar artist Səlim Abbasov qalmaqallı sözləri ilə bəzi həmkarlarının bostanına daş atıb. SİA-ya açıqlama verən ifaçı bir neçə müğənniləri tənqid etməkdən də çəkinməyib: "Sənətdə olduğum müddət ərzində demək olar ki, hər janrda mahnı oxumuşam. Amma səviyyəli bəstələr səsləndirmişəm. Mən də bəzi ifaçılar kimi hər gün bir mahnı yazıb, ortalığa çıxaram. Mənə elə səviyyəsiz bəstə lazım deyil. Məni on insan dinləsin. Amma sənətimə dəyər versin və ifa etdiyim mahnıyla tamaşaçılara nə demək istədiyimi anlasın. Bu mənə yetər".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə