Stilist: "Müğənnilərin kaprizlərinə dözə bilmirəm" AÇIQLAMA

Stilist Balaş müğənnilər haqqında maraqlı etiraf edib. SİA-ya açıqlama verən stilist hazırda heç bir sənətçi ilə çalışmadığını bildirib: "Bildiyiniz kimi, artıq illərdir ki, stilist olaraq çalışıram. Bu illər ərzində bir çox müğənnilərlə iş birliyim olub. Amma hazırda heç bir sənətçi ilə çalışmıram. Çünki əksər ifaçılar kaprizli olur. Onların da kaprizlərinə dözə bilmirəm. Hazırda ancaq müğənni bacım Xatunu bəzəyib, geyindirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə