Azərbaycanlı aktyor gizli evləndi? AÇIQLAMA-FOTO

Deyilənlərə görə, aktyor Elsəvər Mehdizadə subaylıqla vidalaşır. Aktyor ailə həyatı qurur.

Bu cür şaiyələrin yayılmasına səbəb Elsəvərin sosial şəbəkələrdə bəy kostyumunda gəlinlik paltarında olan xanımla şəkil paylaşmasıdır. O, hətta fotoya "Sağ əlim subayların başına" sözlərini yazıb.

Məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxladıq. SİA-ya açıqlama verən Mehdizadə xəbərə aydınlıq gətirdi: "Sosial şəbəkələrdə bəy kostyumunda gəlinlik paltarında olan xanımla foto paylaşmağım doğrudur. Amma həmin şəkli filmlərin biri üçün lentə aldırmışam. Hələki evlənməyə niyyətim yoxdur. Ailə quranda hər kəsə deyəcəm (gülür)".

Bütün xəbərlər Facebook səhifəmizdə