Müğənni Elnarə Xəlilova yeni “Taparam səni” adlı mahnısını dinləyicilərinin ixtiyarına verib. SİA-nın məlumatına görə, Elnarə bu dəfə lirikaya müraciət edib. Musiqi parçasının bəstəkarı Cabbar Musayev, söz yazarı Hilal Həsənoğludur. Mahnının aranjemanı Anar Farizoğlu, mix-masteringi İmran İbrahimova məxsusdur. Layihənin rəhbəri Yaqub Cavadovdur.

Elnarə mahnıya klip çəkəcəyini də deyib. Ekran işi xarici ölkələrdən birində lentə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə