Natavan: "Kərim, başına gələnlərdən dərs götür"

Müğənni Natavan Həbibi həmkarı Kərim Abbasovun ona ünvanladığı “İçi kinlə doludur” sözlərinə cavab verib. SİA-nın məlumatına görə, ifaçı ad çəkmədən bu sözləri deyib: “İncə”sənət – sən nələrə qadir imişsən. Vallah dəyməz... İnsanlıq dəbə minənə qədər onda gözləyək. Birgə yeyilən çörəyə hörmət qoyulana qədər gözləyək... Gözləyək, bəlkə bəziləri uyğun maskalar tapdılar. Biz isə “incə”sənətimizlə məşğul olaq. Gündəm bizdən əl çəkmirsə, biz gündəmin üstünə gedək. Sonra demədi deməyin. Dürüstlük başınız üçün deyil, çürük düşüncə və əməlləriniz sadəcə buna yol verməz. Başınıza gələnlərdən dərs çıxartmırsınızsa, Allah imanınızı artırsın. Ondan qorxun”.

Bütün xəbərlər Facebook səhifəmizdə