Lalə Azərtaş 5 ildən sonra yenidən efirdə

Aparıcı Lalə Azərtaş yenidən efirə qayıdacaq. SİA-nın məlumatına görə, o, “ATV səhər”ə də aparıcılıq edəcək. Bu haqda Azərtaş özü xəbər verib. O, bildirib ki, hər gün səhər saat 08:00-dan 10:00-a kimi efirdə olacaq: "Allahın izni ilə başladıq. 5 il sonra yenidən eyni hislər. Təki Allah hamımıza xoş hadisələri təkrar yaşamağı nəsib etsin".

Qeyd edək ki, L.Azərtaş bir neçə il əvvəl də “ATV səhər”ə aparıcılıq edirdi. O, İlkin Həsəni, Samirə Mustafayeva ilə birlikdə efirə çıxırdı.

Lalə eyni zamanda "ATV xəbər"də də çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə