Əri Sevdanın ad gününü belə qeyd etdi VİDEO

Müğənni Sevda Sanəliyeva restoranların birində ailəsi ilə birgə ad gününü qeyd edib.

SİA-nın məlumatına görə, sənətçi özəl günündən olan görüntüləri "İnstagram" səhifəsində paylaşıb. Həyat yoldaşı Cəmil sənətçiyə üzük hədiyyə edib.

Qeyd edək ki, son günlər Sevdanın qayınanası ilə arasında qalmaqal yaşanmışdı. Qayınanası oğlunun onu sevmədiyini, pula görə müğənni ilə ailə qurduğunu bildirib. Sevda isə həmin açıqlamadan sonra ailə şəkillərini daha çox paylaşmağa və xoşbəxt olduğunu yazmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə