Sevil və Sevinc bacıları: "15 min dollara klip çəkmişik"

Müğənni Sevil və Sevinc Səfərova bacıları media nümayəndələrini başlarına yığaraq, “Yalanım yox” adlı kliplərini təqdim ediblər.

SİA-nın məlumatına görə, əkizlər jurnalistlərin suallarını cavablandırıblar: “Bəzən deyirlər ki, bunlara pul buraxdılar qabağa getdilər. Xeyir, bu fikir yalnışdır.

İlk dəfə mahnı almaq üçün bankdan kredit götürmüşdük. Nurlan Təhməzliyə 3 min dollar verib bəstə aldıq. Həmin pulu 2 ilə ödədik. Bunu ailəmiz də bilmirdi”.

Sevil və Sevinc bahalı klip çəkdirməyin tərəfdarı olmadığını da deyib: “15 min dollar xərc çəkib, klip ərsəyə gətirdik. Amma anladıq ki, nəticə dəyişmir. Tək fərq odur ki, media klipin qiymətini yazır. Londona getməyə hazırlaşırıq. Stilist Anar Ağakişiyevlə gedəcəyik. Orada klip çəkəcəyik. Ona da çox pul xərcləməyi düşünmürük”.

Qeyd edək ki, “Yalanım yox” adlı mahnının söz və musiqisi Nurlan Təhməzliyə aiddir. Ekran işinin rejissorluğunu Kamran Aydınov edib.

Bütün xəbərlər Facebook səhifəmizdə