Mirkamil ailəsindən gizlin evləndi

Müğənni Mirkamil Kamilov ailəsindən gizlin evlənib. SİA-nın məlumatına görə, bu haqda "Səhər-səhər" verilişində aparıcı Elgiz Əkbər deyib.

O bildirib ki, Mirkamilin ailə qurduğu xanım da şou-biznesdəndir: "Onlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər. Heç kimə də deməyiblər".

Aparıcının sözlərini təsdiq edən Mirkamil toyun xaricdə olduğunu deyib. Sənətçi bildirib ki, Bakıda da toy etməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...