Namiq Qaraçuxurlu: "Hər anımızın dəyərini bilək" AÇIQLAMA-FOTOLAR

Meyxanaçı Namiq Qaraçuxurlu xəstəxanalıq olub. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Səhhətimdə bir az problem var. Yıxılmışam, ayağım sınıb. Ayağımı həkimlər 3-4 saat əməliyyat ediblər. Hazırda xəstəxanadayam. Sağ, salamatam. Narahatçılığa səbəb yoxdur. Başıma gələn bu xoşagəlməz hadisədən sonra anladım ki, hər anımızın dəyərini bilməliyik. Məni sevən insanların duaları sayəsində Allahın köməkliyi ilə tezliklə yenidən sağlamlığıma qovuşacam".

Qeyd edək ki, N.Qaraçuxurlunu xəstəxanada sənət dostları tək qoymur. Onu ziyarət edirlər.

İfaçının xəstəxanadan olan fotolarını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə