Firuzə İbadova: "İllərdir səhnədə olan ifaçıların qatarı gedib" AÇIQLAMA

Əməkdar artist Firuzə İbadova bəzi gənc ifaçılardan gileylənib. SİA-ya açıqlama verən sənətçi maraqlı məqamlara toxunub: "Bəzi gənc müğənnilər var ki, toylarda bir yerdə olanda qocaman sənətkarları görməməzlikdən gəlirlər. Salam vermirlər. Hətta söyləyirlər ki, "İllərdir səhnədə olan ifaçıların qatarı gedib". Cavan müğənnilərin bu sözləri məni çox incidir. Amma onlar anlamırlar ki, qocaman sənətkarlar olmasa indi Azərbaycan musiqisi yox idi. Gənc müğənnilər bizim kimi sənətkarlara baxıb, dərs götürməlidirlər. Yoxsa, ağız əyib, arxamızca danışmamalıdır. Axı, ayıbdır".

Bütün xəbərlər Facebook səhifəmizdə