Barış Arduç və Elçin Sanqu Bakıda qala gecədə FOTOLAR

Türkiyənin məşhur aktyorlar Barış Arduç və Elçin Sanqu Bakıda rol aldıqları “Mutluluq zamanı” filminin qala gecəsinə qatılıblar.

SİA-nın məlumatına görə, məşhur simalar jurnalistlərin suallarını cavablandırıblar.

Elçin Sanqu Bakını çox sevdiyini bildirib: "Gərək Azərbaycana daha əvvəl gələrdim. Şəhəri gəzdim və çox xoşum gəldi. Bizi burada sevənlər çoxdur”.

Barış Arduç da Bakını bəyəndiyini dilə gətirib: "Bizi gözəl qarşıladığınız üçün hamınıza təşəkkür edirik. Buraya gəlmək bizə çox xoş oldu”.

Qeyd edək ki, ekran işində aktyor Çenkiz Bozkurt da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə