Aktyor 8 yaşlı qızı ilə avtomobil qəzasına düşdü VİDEO

Aktyor Yağmur Atacan Beykoz yolunda avtomobil qəzasına düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub və nəticədə zərbənin təsirindən Yağmurun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.

Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Lakin digər sürücü ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra aktyor açıqlama verib: “Mən 7 ildir ki, burada yaşayıram. Bu yolla bağlı 3 dəfə lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəzalar olacaq”.

Nəzərinizə çatdıraq ki, insident nəticəsində bağlı qalan yolda hazırda polislər araşdırma aparır.

Qeyd edək ki, aktyor Yağmur Atacan aktrisa Pınar Altuğun həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə