Röya, Nigar və İradə qalmaqalı hələ çox su aparacaq

Əməkdar artist Röya Ayxan həmkarları Nigar Camal və İradə İbrahimova qalmaqalı səngimək bilmir. SİA-nın məlumatına görə, müğənni Nigarla İradəyə söz atıb: "Hər bir uğurumun arxasında Azərbaycan durdu. Söz-söhbətlər oldu və olacaq. Amma gələn dəfə ölmüşləri diriltmək üçün pul alacam (zarafat). Allah hamınızı qorusun. Vallah, işsizlikdəndir. İş olsa, mən yadınıza düşmərəm. Allah ruzinizi bol, canınınızı sağ etsin”.

Qeyd edək ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə