Neslihan 12 kiloqramlıq libası üçün kimə təriflər yağdırdı? FOTOLAR

Xəbər verdiyimiz kimi, 44-cü “Altın Kelebek” mükafatlandırma gecəsi baş tutub.

SİA-nın məlumatına görə, ulduz qonaqlarından biri də aktrisa Neslihan Atagül olub. O, gecəyə libası ilə damğa vurub. Aktrisa mərasimə 12 kiloqramlıq parıltılı libasla qatılıb. Neslihanın bu paltarı 3 həftəyə hazırlanıb və “svarovski” daşlarla bəzədilib.

Aktrisa buna görə, modelyeri Hakana "İnstagram" səhifəsində təriflər yağdırıb: "Hakan, sənin mənə tikdiyin paltar bir əsərdir. Əllərindən öpürəm. Özümü bu paltarın içində çox rahat hiss etdim. Səni nə yaxşı ki, tanımışam".

Bütün xəbərlər Facebook səhifəmizdə