Elnarə yenidən aparıcılıq edəcək

Müğənni Elnarə Xəlilova yenidən ekrana qayıdır. O, SİA-ya bildirib ki, yeni “Xeyirli axşamlar” adlı verilişlə tamaşaçıların görüşünə gələcək: “Layihənin rəhbəri Zərifə Tapdıqqızıdır. Proqram tamaşaçıların zövqünü düşünürək hazırlanır. Veriliş maarifləndirici, musiqili-əqləncəlidir. Aparıcısı olduğum proqramda səmimiyyət olacaq”.

Elnarə bildirib ki, bir-birindən fərqli rubrikalarla yanaşı proqrama sənət, iş, elm adamları da dəvət olunacaq. Saat yarımlıq “Xeyirli axşamlar” həftə içi 5 gün, saat 19:30-21:00 arasında efirdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə