Xoşqədəmdən ərinə: "Nə yaxşı ki, həyatımızdasan" FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı müğənni Doğuşa sevgi etirafı edib. SİA-nın məlumatına görə, aparıcı ailəsindən də danışıb: " “Ailə” kəlməsini hərə bir cür anlayır. Ailə sevgi və hörmət deməkdir. Ailə çətin gündə, xoş gündə də bir yerdə olmaq deməkdir. Bura müqəddəs bir ocaqdır. Ailə bir qaladır, ora kimsəni buraxmaq olmaz! Çünki ətrafımızda xoşbəxt olmayan, əri tərəfindən sevilməyənlər və ya o sevgini görməyənlər var. Təəssüf ki, belələrinin arasında “Mən xoşbəxt deyiləmsə, o niyə xoşbəxt olmalıdır” deyib şeytan düşüncələriylə daha bir ailənin bədbəxt olmasını istəyənlər var. Ona görə də, “ailə qaladır” deyimini əsas götürüb ora kimsəni buraxmayın. Nə yaxşı ki, həyatımızdasan, nə yaxşı ki, əkizlərimin atasısan. Rəbbim səni ailəmizin üstündən əksik etməsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə