Müğənni Vasif Əzimov duet ifa etdiyi həmkarlarından söz açıb. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Bu vaxtadək bir neçə sənətçilərlə duet oxumuşam. Amma bu o demək deyil ki, hər zaman duet oxumalıyam. Mən daha çox soloya üstünlük verirəm. Mən tək canavaram (gülür). Onu da qeyd edim ki, Allaha şükürlər olsun tək səsləndirdiyim mahnılar dinləyicilər tərəfindən sevilir. Musiqi ailəminə də "Yağış" adlı mahnımı solo oxuyaraq, tamaşaçılara özümü sevdirə bilmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə