Əməkdar artist Abbas Bağırovun toyu olub. SİA-nın məlumatına görə, məclis Gəncədə keçirilib.

Toyunu hər kəsdən gizlədən Abbas sosial şəbəkədə bununla bağlı paylaşım edib.

O, xanımı ilə əl-ələ çəkilmiş şəklə “Hər insan xoşbəxt olmağa layiqdir. Arzu edirəm mənim yaşadığım xoşbəxt anı hamı yaşasın” qeydini yazıb.

Xatırladaq ki, Abbasın mayın 23-də Bakıda oğlan toyu olmuşdu.

Əldə etdiyimiz məlumata görə, sənətçi noyabrın 27-də Bakıda daha bir toy edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə