Ölüm xəbəri yayılan Əli Mirəliyev: "Hər ay məni öldürürlər" AÇIQLAMA

Müğənni Əli Mirəliyevin ölüm xəbəri yayılıb. SİA-ya sənətçinin haqqında yayılan məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladı.

Əməkdaşımıza açıqlama verən ifaçı xəbəri təkzib etdi: "Şükürlər olsun sağ, salamatam. Bəzi saytlar artıq bilmir necə reytinq qazansınlar. Hansı yolla ciblərinə pul qoysunlar. Artıq öyrəşmişəm. Hər ay məni öldürürlər. Atamın yanında qəbrimi qazıblar, hazır qoymuşam. Allah nə vaxt canımı alacaq bilmirəm. Qorxuram ki, bir gün öləndə heç kim inanmaya”.

Bütün xəbərlər Facebook səhifəmizdə