İzzətin yoxa çıxmasının səbəbi bəlli oldu

Müğənni İzzət Bağırzadə uzun müddətdir efirlərə çıxmamasının və sosial şəbəkədən uzaq olmasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, sənətçi bildirib ki, Məhərrəmlik ayı olduğu üçün gündəmdən uzaqlaşıb: “Paylaşdığım şəkillərimin altından çoxlu sual verirlər ki, "Görsənmirsən. Hardasan, niyə yoxsan?". Gələn həftədən verilişlərdə olacam. Sadəcə, Məhərrəmlik olduğundan verilişlərə çıxmırdım, oxumurdum. Ona görə də səhifəmdə özümlə bağlı heç bir paylaşımlar etmirdim. Yalnız Kərbəla şəhidləri ilə bağlı paylaşımlar etmişəm. Məhərrəmlik ayı bitdi. İmamın qırxı çıxdı. Yeni paylaşımlar, mahnılar olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə