Günay İbrahimlinin səsi batdı? VİDEO

Müğənni Günay İbrahimli bəstəkar Tofiq Quliyevin mahnısına müraciət edib. SİA-nın məlumatına görə, o, bəstəkarın bəstələrindən birini "İnstagram" səhifəsində səsləndirərək, bu sözləri yazıb: "Dostlarımız unudulmaz bəstəkar Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş bir kampaniyaya start veriblər. Əslində həmin layihədə ilk gündən iştirak etmək istədim. Amma səhhətim buna imkan vermirdi. Bir neçə gün gözlədim. İndi də nasaz halda oxumuşam. Yəqin ki, məni bağışlayarsız. Çalışdım ki, yaxşı oxuyum".

Bütün xəbərlər Facebook səhifəmizdə