Rəhim Rəhimli pulsuz konsert verəcək

Rəhim Rəhimli konsertə hazırlaşır. SİA-nın məlumatına görə, bəstəkar və müğənni Rəhim Rəhimli 19 noyabr saat 18:00-da "MetroPark" ticarət mərkəzində sevənlərinə yeni il öncəsi sürpriz konsert verəcək. Konsertə giriş pulsuzdur.

Konsert sonra müğənninin sevənləri ilə görüşmək üçün məkan ayrılacaq və Rəhim Rəhimli fanatları ilə birlikdə görüşüb söhbətləşib, şəkil çəkdirəcək. Konsert ərzində tamaşaçılara isə müğənni özü sürpriz edəcək. Sənətçi şəxsi aksesuarlarını seçdiyi tamaşaçılarına hədiyyə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə