Coşqun Rəhimovun ölüm xəbəri yalan çıxdı

“Bu şəhərdə” komandasının üzvü əməkdar artist Coşqun Rəhimovun ölüm xəbəri yayılıb. SİA-nın məlumatına görə, məsələ ilə bağlı olaraq prodüser Müşfiq Hüseynov açıqlama verib: "Kimlərsə və “nələrsə” bizim Coşqunun adından, şöhrətindən, statusundan istifadə edərək onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq əfsuslar olsun ki, özlərinə reytinq və çörək qazanmaq istəyirlər və qazanırlar. Allaha şükür Coşqun sağ-salamatdır, kefi yaxşıdır, əhvalı gözəldir, özü də hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Sensasiya yaratmaq istəyənlərin nəzərinə: Adam erməni olmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə