Könül Kərimova qızına xına edəcək

Xəbər verdiyimiz kimi, müğənni Könül Kərimova qızı Ləmanın toyuna hazırlaşır. SİA-nın məlumatına görə, toy noyabrın 27-də baş tutacaq.

K.Kərimova hazırda Ləmanın xına mərasimi üçün qonaqlar dəvət edir. Xına noyabrın 20-də keçiriləcək. Şəhər restoranlarından birində baş tutacaq məclisə şou-biznes nümayəndələri də dəvətlidir.

Məclisi rəqqasə Fatimə Fətəliyeva idarə edəcək.

Qeyd edək ki, Ləmanın nişanı mayda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə