"Artıq sənətə geri dönmüşəm" AÇIQLAMA

Yenidən sənətə qayıdan müğənni Rahidə Baxışova maraqlı açıqlamalar edib. SİA-ya danışan ifaçı bundan sonra yenilik etmək istədiyini bildirib: "Bildiyiniz kimi, xeyli müddət idi ki, səhnədən uzaq idim. Amma artıq sənətə geri dönmüşəm. Hazırda da yeni mahnılar üzərində çalışıram. Lirik mahnılar var ki, onları dinləyicilərin ixtiyarına verəcəm. Sözügedən bəstələrdən başqa yeni fotosessiya etdirəcəm. Həmin yenilikləri tezliklə tamaşaçıların ixtiyarına verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə