Müğənni Zamiq Hüseynov noyabr ayının 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək. “Kaman” adlanan konsertdə Zamiq öz ifasında sevilib populyarlıq qazanan mahnıları ilə yanaşı, görkəmli və əbədiyaşar bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digər bəstəkarların unudulmaz mahnılarını ifa edəcək. Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə