VIII beynəlxalq “The First 2017” mükafatına kimlər sahib oldu? FOTOLAR

VIII beynəlxalq “The First 2017” mükafatının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə mükafatın təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza bütün iştirakçıları salamlayıb.

Gecədə “The First”ün 8 illik keçdiyi yola nəzər salan videoçarx nümayiş olunub.

Sonra müxtəlif nominasiyalar üzrə xalq yazıçısı Anar, xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev və Alim Qasımova “Şərəfli ömür” mükafatı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə