“Maşın” realiti-şousunu bu məşhur tərk etdi

ATV kanalında “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar vs cənablar” buraxılışı davam edir. SİA-nın məlumatına görə, yarışmanın onuncu günü keçirilib.
İştirakçılar bu gün sms səsverməsinə müğənni Rauf Əhmədovu çıxarıb. O, hədəf kimi yenə aktrisa Mehriban Xanlarovanı seçib.

M. Xanlarova isə Raufa müraciət edərək ki, fikrini dəyişməsini xahiş edib: “Səndən böyük bacı, aktrisa kimi xahiş edirəm ki, gəl, rəqibini dəyiş. Bundan sonra sənə heç nə deməyəcəyəm”.

Şounun sonunda Rauf Əhmədovun lehinə 49.54, əlehinə isə 50.46 faiz səs verilib və o, şounu tərk etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə