“Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar vs cənablar” buraxılışının doqquzuncu günü keçirilib. SİA-nın məlumatına görə, iştirakçılar sms səsverməsinə teleaparıcı Vüsalə Əlizadəni çıxarıb. O qalib gələrsə, kimi yarışmadan kənarlaşdıracağını açıqlamayıb. Vüqar Əbdülov da deyib ki, o hədəfini açıqlamasa, mən ona qarşı oynamağa məcbur qalacam. Çünki əminəm ki, hədəfi mənəm, amma açıqlamır.

Lakin verilişin sonlarına yaxın Vüsalə Əlizadə deyib ki, mən hədəfimi açıqlamamışdım, amma Vüqar Əbdülov mənə qarşı oynayırsa, səs istəyirsə, qalib gəlsəm, şoudan onu kənarlaşdıracağam.

Nəticələrə əsasən V, Əlizadənin lehinə 56.44, əlehinə isə 43.56 səs verilib və o şouda qalmağı bacarıb. O, yarışmadan Vüqar Əbdülovu çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə