“Kurtlar Vadisi”nin məşhur aktyoru yenidən evləndi FOTOLAR

“Kurtlar Vadisi”ndə "Abdülhey" obrazı ilə tanınan aktyor Kənan Çoban ikinci dəfə ailə qurub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor uzun müddətdir münasibətdə olduğu sevgilisi ilə nikah masasına əyləşib. Cütlüyün nikah şahidi Tarın Ünlüoğlu ilə Onur Tan olub.

Qeyd edək ki, Kənan Çoban 2011-ci ildə Dilek Özkanla ailə qurmuşdu. 5 ay evli qalan aktyor daha sonra Özkandan təzminat tələbi ilə boşanıb. O, keçmiş arvadından toy xərclərini belə istəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə