Miri Yusifin verəcəyi konsertin vaxtı bəlli oldu AÇIQLAMA-FOTO

Müğənni Miri Yusifin konsert verəcəyi tarix bəlli olub. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Hər kəsin böyük səbirsizliklə gözlədiyi konsertimin vaxtı artıq bəllidir. Belə ki, "2 gün" adlı konsertim dekabrın 8 və 9 olacaq. Konsertim Heydər Əliyev Sarayında keçiriləcək. Məni sevənləri həmin gecədə görməyə şad olaram. Konsert vaxtı repertuarımda olan və yeni mahnıları ifa edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə