Samirə Yusifqızı "Maşın" realiti-şousunu tərk etdi

"Maşın" realiti-şousunun 15-ci sürəti olan "Xanımlar vs cənablar"ın üçüncü günü baş tutub. SİA-nın məlumatına görə, yarışmanın qaydalarına əsasən sms səsverməsinə meyxanaçı Samirə Yusifqızı çıxıb. O, səs üçün tamaşaçılara müraciət edərkən "hamı bilir ki, 1 ildən çoxdur maşınım yoxdur. Ona görə də burada qalıb, maşını qazanmaq istəyirəm" deyib. O, şouda qalarsa, hədəfinin Vüqar Əbdülovu yarışmadan kənarlaşdırmaq olduğunu bildirib.

Səsvermənin nəticəsinə əsasən Samirənin lehinə, 12.36, əlehinə isə 87,64 faiz səs verilib və o, şounu tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə