Sərxan Kərəmoğludan yeni layihə AÇIQLAMA

Təşkilatçı Sərxan Kərəmoğlu yeni layihəyə imza atır. SİA-ya bu haqda Sərxanın özü açıqlama verib: "Moskvada yeni “Sözün düzü” adlı layihə gerçəkləşdirirəm. Verilişdə tanınmış müğənnilər iştirak edəcək. Belə ki, məşhurlar layihə zamanı repertuarlarında olan bəstələri ifa edəcəklər. Layihə sosial, maarifləndirici və əyləncəlidir. Verilişdə iştirak edən tamaşaçılar qonaqlarla səmimi ünsiyyət qurub, suallarını verə bilərlər".

Qeyd edək ki, “Sözün düzü” adlı veriliş oktyabr ayının 24-də yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə