İlqar Xəyal: "Məni aparıcılar başqa sənətçilərlə səhv salırlar"

Müğənni İlqar Xəyal xeyli vaxtdır efirlərə çıxmamasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, verilişlərdə ona xoş olmayan suallar ünvanlanır: “Çox gəzən çox bilər deyiblər. Dünya görüşü, təhsil bizim həyatımızın mahiyyətidir. Konkret gileylənmək istəmirəm. Amma bəzi verilişlərin aparıcılarının səviyyələri məni qane eləmir. Hər dəfə verilişə gələndə bir problemlə üzləşirəm. Bir dəfə adımı, bir dəfə soyadımı düz demirlər. Kimləsə səhv salırlar, fəaliyyətimi düzgün qeyd etmirlər. Cibimdəki pul kisəmdə olan pulları yoxlayırlar. Şəxsi həyata müdaxilə edəcək suallar verirlər. Bir sözlə ağlamağa, ağlatmağa çalışırlar. Buna görə də efirlərə getmirəm. Nə müsahibə vermirəm, nə də efirlərin dəvətlərini qəbul etmirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə