Azərbaycanlı aparıcının ailəsində ağır itki FOTO

Aparıcı Murad Əzimzadənin ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, aparıcı babasını itirib. O, bu haqda sosial şəbəkədə yazıb: "Adımı Maradona qoymuşdu. Dizində böyümüşdüm. Atamın atası idi, elə mənə də atalıq etmişdi. Oğulluq edə bildiyimi deyə bilmərəm. Ancaq onu atamdan çox sevmişəm. Dost, qardaş kimi idik. O da ailənin tək oğlu idi... Təkliyimiz idi bizi bir-birimizə birləşdirən. Bu həftəsonu Gəncəyə yanına gedəcəkdim, görüşəcəkdim. Amma indi dəfn etməyə, son dəfə sağollaşmağa gedirəm. Babamdan çox ata olanımı itirdim. Doğmalarımızı hansı yaşda itirməyimizdən asılı olmayaraq, yandırır, ağrıdır, məhv edir. Tanrı bütün ölənlərə rəhmət eləsin”.

Allah rəhmət eləsin!

loading...