Abbas Bağırov: "Dövlət başçısı məni şərəfləndirib"

Əməkdar artist Abbas Bağırov özü haqda etiraflar edib. SİA-nın məlumatına görə, ifaçı bunları deyib: "İnsanın uğurları boşu-boşuna yaranmır. O uğurları qazanmaq lazımdır. Şükür edirəm ki, ilk növbədə azərbaycanlıyam. Xoşbəxtəm ki, valideyinlərimə layiqli övladam. Artıq 20 ildən çoxdur ki, müğənniyəm. Musiqi mənim məsuliyyətli və sevimli peşəmdir. Şərəf oldu ki, Cənab Prezident İlham Əliyev məni "Əməkdar artist" fəxri adına layiq gördü. Azərbaycan Dövlət Televiziyasının Solisti adına layiq görüldüm. Bu günə kimi məni sevənlər, hörmət edənlər saysız hesabsızdır. Bundan gözəl mənim üçün dəyərli nə ola bilər? Allah ölkəmizi, xalqımızı, bütün sevənlərimi qorusun".

Bütün xəbərlər Facebook səhifəmizdə